RAS Psixologiya Mərkəzi | Bakı, Azərbaycan

Bəxtiyar Mustafayev

Ana səhifə / Komanda / Bəxtiyar Mustafayev
Psixatr

Bəxtiyar Mustafayev

Bəxtiyar Mustafayev psixiatriya sahəsində 11 illik geniş klinik təcrübəyə malik mütəxəssisdir. Təhsilini Azərbaycan Tibb Universitetində tamamladıqdan sonra, karyerası boyu 1 Saylı Respublika Psixiatriya Xəstəxanası və Psixi Sağlamlıq Mərkəzi kimi aparıcı dövlət müəssisələri ilə yanaşı, nüfuzlu özəl klinikalarda da fəaliyyət göstərmişdir. Hazırda RAS Psixologiya Mərkəzinin multidissiplinar komandasında Uzman Həkim-Psixiatr kimi fəaliyyət göstərərək, müraciətçilərin psixi sağlamlıq problemlərinə həm tibbi, həm də neyrobioloji prizmadan yanaşaraq onların həyat keyfiyyətini artırmağı hədəfləyir.

İxtisaslaşdığı Sahələr

  • Klinik Diaqnostika: Psixi pozuntuların müasir beynəlxalq protokollar əsasında diaqnostikası və müalicə planının hazırlanması.
  • Psixofarmakologiya: Psixi pozuntuların neyrobioloji aspektlərinə uyğun, effektiv və təhlükəsiz dərman müalicəsinin tətbiqi.
  • Koqnitiv Davranış Terapiyası (CBT): Dərman müalicəsi ilə yanaşı, koqnitiv-davranışçı yanaşmalarla emosional və davranış pozuntularının korreksiyası.
  • Neyropsixiatriya: Sinir elmləri və psixiatriyanın kəsişməsində olan kompleks halların idarə olunması.

Təhsil və Sertifikatlar

  • Ali Təhsil: Azərbaycan Tibb Universiteti, Pediatriya fakültəsi (2008–2014).
  • Beynəlxalq Sertifikatlar: 

Koqnitiv Davranış Terapiyaları (Prof. Dr. Mehmet Z. Sungur, 2018).

Psixi pozuntuların psixofarmakoloji və neyrobioloji aspektləri üzrə ixtisaslaşma (2020).

Prof. Fuad İsmayılovun rəhbərliyi ilə Koqnitiv Davranış Psixoterapiyası kursu.(2018)

  • Konqres və Elmi Fəaliyyət: 

Baku International Medical Congress for Students and Young Doctors. (2014)

XVI-XVII Global Mental Health & Neurodevelopmental Disorders across the lifespan International Symposium.(2015)

Baku International Medical Congress for Students and Young Doctors. (2015)

Ulusal Psikiyatri Kongresi.(2024)

Azərbaycan Psixiatriya və Sinir Elmləri Konqresi.(2025)

“Zehni narahatlıqlar sadəcə bir diaqnoz deyil, bədən və ruhun tarazlıq axtarışıdır. Mənim işim sizə sadəcə tibbi resept yazmaq deyil, bu çətin dövrdə elmi əsaslara söykənərək sizinlə çiyin-çiyinə addımlamaqdır.”