RAS Psixologiya Mərkəzi | Bakı, Azərbaycan

Onlayn

Görüş

Emosional Böhran Anlarında Özünüzə Kömək Etmənin Yolları

Emosional Böhran Anlarında Özünüzə Kömək Etmənin Yolları

Emosional Böhran Anlarında Özünüzə Kömək Etmənin Yolları

Yoğun emosional böhran anlarında özünüzü necə sakitləşdirə bilərsiniz? Elmi əsaslı praktik üsullarla böhran anlarını idarə etməyi öyrənin.


Emosional Böhran Nədir və Necə Yaranır?

Emosional böhran, ani bir hadisə və ya qıcıqlandırıcı nəticəsində şəxsin nəzarəti itirdiyi, güclü narahatlıq, qəzəb, həyacan və ya çaresizlik hiss etdiyi vəziyyətdir. Bu anlarda düşüncələr bulanıqlaşır, nəfəs alma çətinləşir və sağlam qərar vermək mümkün olmaya bilər. Böhran anlarını idarə etməyi öyrənmək həm özünüzə, həm də ətrafınıza zərər vermənin qarşısını alır.


Böhran Anında Bədənin Verdiyi Reaksiyaları Tanıyın

  • Ürək döyüntülərinin sürətlənməsi və nəfəsalmada çətinlik
  • Əllərdə titrəmə və ya uyuşma
  • Güclü ağlama və ya qəzəb partlaması
  • Zehni boşalma və ya düşüncə axınının sürətlənməsi

Bu reaksiyaları dərk etmək böhranın başladığını anlamağa və nəzarət üçün hərəkətə keçməyə kömək edir.


Özünüzü Sakitləşdirmək Üçün Praktik Usullar

  • Nəfəs məşqi: Yavaş və dərin nəfəs alıb-verməklə bədəni rahatlaşdırın.
  • Zehni yönləndirmə: Özünüzə “Bu hiss keçicidir, indi təhlükəsizəm” kimi cümlələr deyin.
  • Diqqəti yayındırma: Böhranın qıcıqlandırıcı düşüncələrindən  uzaqlaşmaq üçün qısa yürüşə çıxmaq, bir əşyəyə fokuslanmaq və ya sakit musiqi dinləmək faydalı ola bilər.

Böhrandan Sonra Özünüzə Necə Dəstək Olabilərsiniz?

Böhran keçdikdən sonra emosiyalarınızı anlamlandırmaq üçün qısa bir qiymətləndirmə aparın: Nə hiss etdiniz, bu hissləri nə qıcıqlandırdı, fərqli nə edilə bilərdi? Bu fərqindəlik oxşar bir böhranla qarşılaşdığınızda prosesi daha nəzarətli idarə etməyə kömək edər.


Böhranları İdarə Etmək Öyrənilə Bilən Bir Bacarıqdır

Emosional böhranlar həmişə davam etməz, amma bu anları necə idarə etdiyiniz mühümdür. Kiçik texnikalarla böhran anlarını daha təhlükəsiz ötə və özünüzə zərər vermə riskini azalda bilərsiniz. Əgər böhranlar tez-tez təkrarlanır və nəzarətsiz hala gəlirsə, peşəkar dəstək almaq ən düzgün addımdır.


Paylaş :