RAS Psixologiya Mərkəzi | Bakı, Azərbaycan

İçindəkilər
ToggleAsılılığı olan bir yaxınınıza necə dəstək ola bilərsiniz? Doğru yanaşma üsullarını, ünsiyyət məsləhətlərini və peşəkar dəstək prosesini öyrənin.
Asılılıq yalnız iradə çatışmazlığı deyil; psixoloji və bioloji proseslərin nəticəsidir. Ailələr çox vaxt bunu “istəsə tərgidər” kimi düşünərək səhv reaksiya verə bilər. Asılılığı bir xəstəlik və davranış dövrləri kimi görmək düzgün dəstəyin ilk şərtidir.
Asılılıq davranışları böhran dövrlərində daha intensiv ola bilər. Bu anlarda mübahisəyə girməkdən çəkinmək, sakit və təhlükəsiz mühit təmin etmək və lazım olduqda peşəkar yardım çağırmaq ən doğru yanaşmadır.
Ailə terapiya prosesinə daxil olduqda qıcıqlandırıcıları daha yaxşı müəyyən edə və şəxsin sağalma motivasiyasını artıra bilər. Eyni zamanda ailə üzvlərinin asılılıq prosesi barədə maarifləndirilməsi böhran idarəsini asanlaşdırır.
Asılılığı olan birinə dəstək olmaq emosional baxımdan yorucu və tükəndirici ola bilər. Öz sərhədlərinizi qorumaq, emosional ehtiyacınıza diqqət yetirmək üçün, sizində də peşəkar dəstək almanız prosesin daha sağlam irəliləməsinə kömək edər. Unutmayın: güclü dəstək verə bilmək üçün əvvəlcə özünüz güclü olmalısınız.