RAS Psixologiya Mərkəzi | Bakı, Azərbaycan

Onlayn

Görüş

Ani Böhranlarda Psixoloji İlk Yardım Nədir və Necə Göstərilir?

Ani Böhranlarda Psixoloji İlk Yardım Nədir və Necə Göstərilir?

Ani Böhranlarda Psixoloji İlk Yardım Nədir və Necə Göstərilir?

Ani böhran vəziyyətlərində psixoloji ilk yardım necə edilməlidir? Böhran anında edilməli və edilmeməli olan addımları öyrənin.


Psixoloji İlk Yardım Nədir?

Psixoloji ilk yardım, böhran və ya travmatik hadisə sonrası şəxsə təhlükəsiz bir mühit təmin etmək, sakitləşməsinə kömək etmək və ona ilkin, təcili emosional dəstək göstərməkdir. Fiziki ilk yardım kimi bu da təcili və anlıq dəstəkdir. Məqsəd — böhran yaşayan şəxsin emosional yükünü azaltmaq və daha böyük travmanın qarşısını almağa yardım etməkdir.


Böhran Anında Edilməsi Gərəkənlər

  • Əvvəlcə təhlükəsiz mühit yaradın: Fiziki və emosional təhlükə yaradan amillərdən uzaqlaşdırın.
  • Sakit və aydın dil istifadə edin: Sürətli, sərt və ya qarışıq danışıq böhranı dərinləşdirə bilər.
  • Dinləyin, amma məcbur etməyin: Şəxsin nə demək istədiyinə yer verin; danışmaq istəmirsə təkid etməyin.
  • Əsas ehtiyaclara fokuslanın: Su, istirahət, yaxın birinə xəbər vermək kimi sadə addımlar belə rahatlaşdırıcı ola bilər.

Böhran Anında Qaçınılmalı olan Məsələlər

  • “Şişirdirsən ” və ya “keçər” kimi kiçildirici ifadələrdən çəkinin.
  • Ani məsləhətlər və ya həll yolları təklif etməkdən uzaq durun.
  • Şəxsin duyğularını mühakimə etməyin və ya onunla mübahisəyə girməyin.

Psixoloji İlk Yardımın Əhəmiyyəti

Düzgün yanaşma böhran yaşayan şəxsin özünü daha təhlükəsiz hiss etməsinə kömək edir və travmanın təsirini azalda bilər. Yanlış və ya soyuq yanaşma isə şəxsin təklik və ümidsizlik hissini gücləndirə bilər.


Böhrandan Sonra Dəstək Prosesini Unutmayın

Psixoloji ilk yardım yalnız ilkin addımdır. Böhran sonrası peşəkar dəstək almaq yaşanan emosional yükün sağlam şəkildə işlənməsinə və davam edən ehtiyacların müəyyən edilməsinə yardım edir. Əgər siz və ya yaxınınız ani böhran yaşayırsa, yalnız olmadığınızı və yardım yolları olduğunu unutmayın.

Paylaş :