RAS Psixologiya Mərkəzi | Bakı, Azərbaycan

Ailələr üçün Rəhbər: Asılılığı Olan Yaxınınıza Necə Dəstək Ola Bilərsiniz?

Ana səhifə / Asılılıq / Ailələr üçün Rəhbər: Asılılığı Olan Yaxınınıza Necə Dəstək Ola Bilərsiniz?
Ailələr üçün Rəhbər: Asılılığı Olan Yaxınınıza Necə Dəstək Ola Bilərsiniz?

Ailələr üçün Rəhbər: Asılılığı Olan Yaxınınıza Necə Dəstək Ola Bilərsiniz?

Asılılığı olan bir yaxınınıza necə dəstək ola bilərsiniz? Doğru yanaşma üsullarını, ünsiyyət məsləhətlərini və peşəkar dəstək prosesini öyrənin.


Asılılığı Anlamaq Dəstək Üçün İlk Addımdır

Asılılıq yalnız iradə çatışmazlığı deyil; psixoloji və bioloji proseslərin nəticəsidir. Ailələr çox vaxt bunu “istəsə tərgidər” kimi düşünərək səhv reaksiya verə bilər. Asılılığı bir xəstəlik və davranış dövrləri kimi görmək düzgün dəstəyin ilk şərtidir.


Yaxınınıza Necə Yanaşmalısınız?

  • Mühakimə etmədən dinləyin: “Niyə edirsən?” yerinə “Nə hiss edirsən?” kimi açıq uclu suallar verin.
  • Sərt tənqiddən çəkinin: Günahlandırıcı ifadələr asılılıq davranışını qıcıqlandırmış ola bilər.
  • Yanında olduğunuzu hiss etdirin: Şəxsin tək olmadığını və dəstək ala biləcəyini bilməsi motivasiyanı yüksəldir.

Böhran Anlarında Doğru Davranış Necə Olmalıdır?

Asılılıq davranışları böhran dövrlərində daha intensiv ola bilər. Bu anlarda mübahisəyə girməkdən çəkinmək, sakit və təhlükəsiz mühit təmin etmək və lazım olduqda peşəkar yardım çağırmaq ən doğru yanaşmadır.


Peşəkar Dəstək Prosesini Necə Gücləndirə Bilərsiniz?

Ailə terapiya prosesinə daxil olduqda  qıcıqlandırıcıları daha yaxşı müəyyən edə və şəxsin sağalma motivasiyasını artıra bilər. Eyni zamanda ailə üzvlərinin asılılıq prosesi barədə maarifləndirilməsi böhran idarəsini asanlaşdırır.


Sevdiklərinizə Dəstək Olarkən Özünüzü Unutmayın

Asılılığı olan birinə dəstək olmaq emosional baxımdan yorucu və tükəndirici ola bilər. Öz sərhədlərinizi qorumaq, emosional ehtiyacınıza diqqət yetirmək üçün,  sizində də peşəkar dəstək almanız  prosesin daha sağlam irəliləməsinə kömək edər. Unutmayın: güclü dəstək verə bilmək üçün əvvəlcə özünüz güclü olmalısınız.

Paylaş :