RAS Psixologiya Mərkəzi | Bakı, Azərbaycan
Görüş

İçindəkilər
ToggleAni böhran vəziyyətlərində psixoloji ilk yardım necə edilməlidir? Böhran anında edilməli və edilmeməli olan addımları öyrənin.
Psixoloji ilk yardım, böhran və ya travmatik hadisə sonrası şəxsə təhlükəsiz bir mühit təmin etmək, sakitləşməsinə kömək etmək və ona ilkin, təcili emosional dəstək göstərməkdir. Fiziki ilk yardım kimi bu da təcili və anlıq dəstəkdir. Məqsəd — böhran yaşayan şəxsin emosional yükünü azaltmaq və daha böyük travmanın qarşısını almağa yardım etməkdir.
Düzgün yanaşma böhran yaşayan şəxsin özünü daha təhlükəsiz hiss etməsinə kömək edir və travmanın təsirini azalda bilər. Yanlış və ya soyuq yanaşma isə şəxsin təklik və ümidsizlik hissini gücləndirə bilər.
Psixoloji ilk yardım yalnız ilkin addımdır. Böhran sonrası peşəkar dəstək almaq yaşanan emosional yükün sağlam şəkildə işlənməsinə və davam edən ehtiyacların müəyyən edilməsinə yardım edir. Əgər siz və ya yaxınınız ani böhran yaşayırsa, yalnız olmadığınızı və yardım yolları olduğunu unutmayın.