RAS Psixologiya Mərkəzi | Bakı, Azərbaycan

Bipolyar Pozuntu ilə Yaşamaq

Ana səhifə / Bipolyar Pozuntu / Bipolyar Pozuntu ilə Yaşamaq
Bipolyar Pozuntu ilə Yaşamaq

Bipolyar Pozuntu ilə Yaşamaq: Psixoloji Balansınızı Necə Qoruya Bilərsiniz?

Bipolyar pozuntu ilə yaşayarkən psixoloji balansı necə qorumaq olar? Gündəlik rutininiz, sağlam vərdişlər və psixoloji dəstək vasitəsilə həyat keyfiyyətinizi yüksəldin.

Bipolyar Pozuntu ilə Yaşamaq Nə üçün Çətin Ola Bilər?

Bipolyar pozuntu əhvalda kəskin dalğalanmalar yaradır və bu, şəxsin enerjisinə, motivasiyasına və qərarvermə qabiliyyətinə təsir edə bilər. Mani (manik faza) dövrlərində həddindən artıq enerji və riskli davranışlar ön plana çıxır; depressiv dövrlərdə isə istəksizlik və dərin çökkünlük müşahidə olunur. Bu eniş–yoxuşlar həm şəxs, həm də ətraf mühit üçün çətinliklər yarada bilər. Lakin düzgün strategiyalarla daha tarazlı bir həyat qurmaq mümkündür.


Gündəlik Rutinlər Duyğu Vəziyyətini Necə Tarazlayır?

Bipolyar pozuntu ilə yaşayan şəxslər üçün sabit və planlı gündəlik rutin çox önəmlidir.

Yuxu rejimi:
Mani( manik faza) dövrlərini qıcığlandıran əsas amillərdən biri yuxusuzluqdur. Nizamlı yuxu rejimi tutmaların yüngülləşməsinə kömək edir.

Qidalanma və məşqlər:
Qan şəkəri dalğalanmalarını qabaqlayan balanslı qidalanma və yüngül fiziki fəaliyyətlər (gəzinti, yüngül idman) ruh halını stabilləşdirə bilər.

Planlı fəaliyyətlər:
Gündəlik vəzifələri əvvəlcədən planlaşdırmaq nəzarət hissini gücləndirir və stressin təsirini azaldır.


Psixoloji Dəstək və Fərqindəlik Çalışmaları

Bipolyar pozuntu ilə yaşamaq yalnız simptomları idarə etmək deyil, eyni zamanda duyğuları tanımaq və qıcığlandırıcıları müəyyən etmək deməkdir. Psixoterapiya şəxsin böhranları daha yaxşı idarə etməsinə və erkən xəbərdarlıq siqnallarını tanımasına kömək  edir. Fərqindəlik məşğələləri (mindfulness) isə əhvaldakı kiçik dəyişiklikləri daha tez görməyə və ağıllı reaksiya verməyə imkan verir.


Ailə və Sosial Dəstək Nə Üçün Önəmlidir?

Bipolyar pozuntu ilə mübarizədə təklik vəziyyəti simptomların şiddətini artıra bilər. Ailə və yaxın çevrənin prosesə daxil olması həm motivasiyanı gücləndirir, həm də böhran anlarında praktiki dəstək təmin edir. Güclü sosial bağlar tutmaların təsirini yüngülləşdirə bilər.


Daha Tarazlı Bir Həyat Üçün Kiçik Addımlar Atın

Bipolyar pozuntu ilə yaşamaq həmişə asan deyil, amma idarə edilə bilən bir haldır. Nizamlı rutinlər, professional psixoloji dəstək və sosial dəstək həyat keyfiyyətini artırır. Əgər bu vəziyyətlə baş etməkdə çətinlik çəkirsinizsə, çəkinmədən mütəxəssisə müraciət edin.

Paylaş :