Qorqud Süleymanov Türkiyənin Ondokuz Mayıs Universitetinin Psixologiya fakültəsini bitirmişdir. Karyerası ərzində müxtəlif ixtisaslaşmış mərkəzlərdə ( Epifiz Psixologiya Mərkəzi,Oratio Psixologiya Mərkəzi, VM Medical Park Samsun Hospital, PUAMER və s.) rəhbər psixoloq və məsləhətçi kimi fəaliyyət göstərərək geniş kliniki təcrübə qazanmışdır. Hazırda RAS Psixologiya Mərkəzinin multidissiplinar komandasında müasir terapevtik metodlarla müraciətçilərin emosional və psixi sağlamlığına dəstək verir.
İxtisaslaşdığı Sahələr
Kliniki Psixoterapiya: Koqnitiv Davranış Terapiyası (CBT) vasitəsilə fərdi müalicə planlarının hazırlanması.
Uşaq İnkişafı və Qiymətləndirmə: WISC-IV zəka testi və PECS ünsiyyət sistemi ilə uşaqların inkişaf monitorinqi.
Metodik Reabilitasiya: Tomatis metodu və Neosante rezonans sistemləri ilə fərdi inkişaf proqramları.
Emosional Tarazlıq: Stress, qayğı və davranış pozuntularının elmi əsaslarla idarə edilməsi.
Təhsil və Sertifikatlar
Bakalavr: Ondokuz Mayıs Universiteti, Psixologiya (Türkiyə).
Beynəlxalq Sertifikatlar:
Wechsler Zəka Testi (WÇZÖ-IV) tətbiqi üzrə sertifikat – Türk Psixoloqlar Dərnəyi
Neosante rezonans sistematikası üzrə texniki və praktiki təlimlər
PECS (Şəkil Əlaqəli Ünsiyyət Sistemi) – 1-ci səviyyə təlimi
Koqnitiv Davranış Terapiyası (CBT) – Psk. Dr. İbrahim Bilgen tərəfindən
American Psychological Association – Anksiyete, əhval-ruhiyyə, maddə istifadəsi və asılılıq davranışları psixologiyası üzrə təlim
American Psychological Association – Psixoloji Tədqiqatlar
Universidad de Palermo – Psixologiya
University of Toronto – Şəxslərarası Psixoterapiyanı Öyrənmə
Yale Universiteti – Psixologiyaya Giriş
Pennsylvania Universiteti – Müsbət Psixologiyanın Əsasları
University of Minnesota – İnsan Davranış Genetikasına Giriş
Université de Genève – DEHB ilə Yaşamaq
The University of Sydney – Müsbət Psixiatriya və Psixi Sağlamlıq
Utrecht University – Sinapsdan Cəmiyyətə Uşağın İnkişafını Anlamaq
University of Michigan – Psixozu Anlamaq
University of Michigan – Yuxu Pozuntularından Sağlam Yuxuya Doğru
Yale University – Gündəlik Valideynlik: Uşağın Tərbiyəsində ABC modeli
Universitat Autònoma de Barcelona – Psixoloji İlkyardım (PAP)
University of Cape Town – Ağır və Dərin Zehni Geriliyi Olan Şəxslər üçün Qulluq və Təhsil Dairələri
“Peşəmi sevən bir mütəxəssis kimi əsas məqsədim, müraciətçilərimin daha keyfiyyətli və düzgün bir həyat sürmələri üçün onlara bu yolda elmi və səmimi bələdçilik etməkdir. Sağalma prosesi sizin daxili gücünüzü yenidən kəşf etməyinizlə başlayır.”