Sevinc Alizadə klinik psixologiya və ailə terapiyası sahəsində beynəlxalq təhsil almış təcrübəli mütəxəssisimizdir. Təhsilini Ankara Universitetində Klinik Psixologiya üzrə magistr (Yüksek Lisans) dərəcəsi ilə tamamlamış, travma sonrası stres pozuntularının reabilitasiyası üzrə elmi araşdırmalar aparmışdır. O, uşaq, yeniyetmə və böyüklərlə iş sahəsində geniş təcrübəyə malikdir və müasir psixoterapiya metodlarını akademik biliklərlə uğurla sintez edir.
İxtisaslaşdığı Sahələr
Travma və Yas Terapiyası: İtkilər, travma sonrası stres və emosional bərpa proseslərinin idarə olunması.
Ailə və Cütlük Terapiyası: Münasibətlərdəki böhranların həlli və ailədaxili sağlam ünsiyyətin qurulması.
Müasir Terapiya Metodları: ACT (Qəbul və Öhdəlik Terapiyası), CBT (Koqnitiv Davranış Terapiyası) və Mindfulness əsaslı yanaşmalar.
Uşaq və Yeniyetmə Psixologiyası: İnkişaf dövrünün çətinlikləri və oyun terapiyası vasitəsilə dəstək.
Klinik Qiymətləndirmə: Akademik hipnoz tətbiqi və geniş spektrli psixometrik testlərin nəticələrinə əsaslanan müalicə planları.
Təhsil və Sertifikatlar
Magistr (Klinik Psixologiya): Ankara Universiteti (Türkiyə).
Bakalavr: Azərbaycan Dövlət Pedaqoji Universiteti, Psixologiya fakültəsi.
İxtisaslaşma: Ankara Sosial Bilimlər Universiteti (Ailə Danışmanlığı).
Peşəkar Təlimlər:
ACT Eğitimi: Uzm. Psixiatr İbrahim Bilgenin rəhbərliyi ilə.
Akademik Hipnoz: Prof. Nejat Altıntaşın rəhbərliyi ilə.
Travma və Yas Terapiyası: Psikodemy (BDT əsaslı, Universitet onaylı).
100-dən çox sertifikat: BDT, Oyun Terapiyası, Mindfulness və Psixometrik testlər üzrə beynəlxalq proqramlar (2013–2025).
“Həyatın gətirdiyi fırtınalar bəzən yolumuzu azmağımıza səbəb ola bilər. Lakin hər bir çətinlik həm də bir böyümə fürsətidir. Mənim məqsədim, elmi metodlar və səmimi anlayışla sizin daxili tarazlığınızı tapmağınıza və daha şüurlu, xoşbəxt bir həyat sürməyinizə bələdçilik etməkdir. Unutmayın, dəyişim sizin cəsarətinizlə başlayır.”