RAS Psixologiya Mərkəzi | Bakı, Azərbaycan
Dr. Zaur Qasımov Azərbaycanın ən təcrübəli hərbi psixiatrlarından biridir. Təhsilini Azərbaycan Tibb Universitetində (Hərbi Tibb fakültəsi) tamamlamış, karyerası boyunca ön xətdə və müxtəlif hərbi hospitallarda rəhbər vəzifələrdə çalışaraq mürəkkəb psixoloji vəziyyətlərin idarə olunmasında böyük təcrübə qazanmışdır. Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında (Ankara) beynəlxalq ixtisaslaşma keçən mütəxəssisimiz, hazırda Azərbaycan Ordusunun Baş psixiatrı kimi məsuliyyətli vəzifəni icra etməklə yanaşı, mərkəzimizdə uşaq və böyüklərə psixiatrik dəstək göstərir.
“Psixi sağlamlıq insan həyatının hər bir mərhələsində — istər uşaqlıqda, istərsə də gərgin peşəkar fəaliyyət dövründə ən böyük dayaqdır. Peşəkar təcrübəm və elmi biliklərimlə sizin və sevdiklərinizin ruh sağlamlığını qorumaq, daha stabil və daxili hüzura sahib bir həyat sürməyinizə dəstək olmaq üçün buradayam. Unutmayın, hər bir psixoloji çətinlik düzgün yanaşma ilə həll oluna biləndir.”