Bu sənəddə (bundan sonra “Sənəd”) qeyd olunan şərtlər, www.raspsixologiya.az saytı (bundan sonra “Veb-sayt”) və/və ya Ras Psixologiya Mərkəzinin mobil tətbiqi (bundan sonra “Mobil tətbiq”) ilə Veb-saytın və/və ya Mobil tətbiqin istifadəçisi (bundan sonra “İstifadəçi”) arasında mübadilə olunan qarşılıqlı məlumatların məxfiliyinin təmin edilməsi məqsədini daşıyır. Bu Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta və/və ya Mobil tətbiqə həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar.
Veb-saytın və Mobil tətbiqin sahibi və operatoru “AQUA FARMA SOLUTİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-dir (bundan sonra “Şirkət”). Şirkətin kommersiya adı “RAS Psixologiya Mərkəzi”dir.
Şirkət haqqında məlumat:
- Hüquqi şəxs: “AQUA FARMA SOLUTİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
- VÖEN: 2008249421
- Hüquqi ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-çü yaşayış massivi, ev 1057B
- Əlaqə telefonu: +994559894355
- Veb-sayt: www.raspsixologiya.az
- Brend adı: RAS Psixologiya Mərkəzi
www.raspsixologiya.az veb-saytının/mobil tətbiqinin “Məxfilik Siyasəti” Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanmışdır.
MƏXFİLİK ŞƏRTLƏRİ
İstifadəçinin nəzərinə çatdırırıq ki, onun tərəfindən təqdim edilmiş məlumatlar “Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur və İstifadəçinin özünün razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar (“Fərdi məlumatlar haqqında” Qanunun 13-cü maddəsində göstərilən hallar) istisna olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülmür. Bu Məxfilik Siyasəti çərçivəsində İstifadəçi işlənməsinə icazə verilmiş şəxsi məlumatları www.raspsixologiya.az internet mağazasının saytında/mobil tətbiqində formanı dolduraraq təqdim edir və aşağıdakı məlumatları daxil edir:
- İstifadəçinin soyadı, adı;
- İstifadəçinin əlaqə telefonu;
- Elektron ünvan (e-poçt);
- Xidmətin və ya malın göstəriləcəyi/çatdırılma ünvanı;
Yuxarıda göstəriləndən əlavə istənilən şəxsi məlumat (onlayn ödəniş və alış-verişin tarixi, istifadə edilən brauzerlər, əməliyyat sistemləri və s.) etibarlı şəkildə məxfi qorunub saxlanır.
İSTİFADƏÇİNİN ŞƏXSİ MƏLUMATLARININ TOPLANILMASININ MƏQSƏDLƏRİ
İnternet-mağaza saytının/mobil tətbiqinin rəhbərliyi İstifadəçinin şəxsi məlumatlarını aşağıdakı məqsədlər üçün istifadə edir:
- İnternet-mağaza saytında/mobil tətbiqində qeydiyyatdan keçmiş İstifadəçinin identifikasiyası, sifarişin qəbul edilməsi və ya malların alqı-satqı Müqaviləsinin (o cümlədən onlayn psixoloji xidmətlərin göstərilməsi üzrə müqavilənin) bağlanması üçün;
- İnternet-mağaza saytının/mobil tətbiqinin resurslarına İstifadəçinin girişi üçün;
- İstifadəçi ilə əks-əlaqənin yaradılması üçün, həmçinin internet-mağaza saytı/mobil tətbiqi ilə bağlı məlumat, sorğu, xidmətlərin göstərilməsi (İstifadəçinin sorğularının və sifarişlərinin emalı daxil olmaqla);
- İnternet-mağaza saytının/mobil tətbiqinin İstifadəçisini sifarişlərin vəziyyəti haqqında məlumatlandırmaq üçün;
- İstifadəçiyə sifariş verdiyi xidmətin və ya məhsulun (o cümlədən onlayn seansların) həyata keçirilə bilməsi üçün;
- İnternet-mağaza saytının/mobil tətbiqin istifadəsində yaranmış çətinliklərə görə İstifadəçiyə səmərəli müştəri və texniki dəstək göstərilməsi üçün;
- İstifadəçinin razılığı ilə məhsulun və xidmətlərin yenilənməsi, xüsusi təkliflərin verilməsi, qiymətlər haqqında məlumat, yeniliklərin göndərilməsi və internet-mağaza və ya onun tərəfdaşları tərəfindən göndərilən digər məlumatlar üçün;
- İstifadəçinin razılığı ilə reklam fəaliyyətinin yerinə yetirilməsi üçün;
- İstifadəçinin internet-mağazanın tərəfdaşlarının saytlarına və servislərinə giriş imkanı və onların məhsulunun, xidmətlərinin və yeniliklərinin əldə edilməsi üçün.
TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ
İstifadəçinin öhdəlikləri:
- İnternet-mağaza saytından/mobil tətbiqindən istifadə etmək üçün tələb olunan şəxsi məlumatları vermək;
- Həmin məlumat dəyişdiyi halda, onu yeniləmək, əlavələr etmək.
Saytın/Mobil tətbiqin Rəhbərliyinin öhdəlikləri:
- Əldə etdiyi məlumatları yalnız Məxfilik siyasətinin 2-ci bəndində göstərilmiş məqsədlər üçün istifadə etmək;
- Məxfi məlumatların gizliliyini qorumaq, İstifadəçinin yazılı razılığı olmadan onları açıqlamamaq, İstifadəçinin şəxsi məlumatlarını satmamaq, dəyişdirməmək, dərc etməmək, digər üsullarla yaymamaq;
- İstifadəçinin şəxsi məlumatlarının məxfiliyini təmin etmək üçün mövcud qaydalara əsasən mümkün tədbirlər görmək;
- Şəxsi məlumatların düzgün olmadığı, və ya qeyri-hüquqi hərəkətlər səbəbindən İstifadəçinin şəxsi məlumatlarının səlahiyyətli orqanlar tərəfindən yoxlandığı dövrdə, və ya İstifadəçinin özünün və ya nümayəndəsinin müraciətinə əsasən şəxsi məlumatı bloklamaq.
ŞƏXSİ MƏLUMATLARIN İŞLƏNMƏSİNİN ÜSULLARI VƏ MÜDDƏTİ
İstifadəçinin şəxsi məlumatlarının işlənməsi vaxt məhdudiyyəti qoyulmadan, istənilən qanuni üsul ilə, həmçinin avtomatlaşdırma və avtomatlaşdırma olmadan şəxsi məlumatların informasiya sistemində həyata keçirilir.
İstifadəçi məlumatın saytın Administrasiyası tərəfindən üçüncü şəxslərə (çatdırılma xidmətinə, poçt təşkilatlarına, rabitə operatorlarına, ödəniş sistemlərinə və s.) www.raspsixologiya.az internet mağazasının saytında/mobil tətbiqində qanuniləşdirilmiş sifarişi yerinə yetirmək üçün ötürülməsinə razılıq verir.
İstifadəçinin şəxsi məlumatları Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına yalnız Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada təqdim oluna bilər.
ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ
Sayt/Mobil tətbiq Rəhbərliyi bu Məxfilik siyasətinə İstifadəçinin razılığı olmadan dəyişikliklərin edilməsi hüququna malikdir.
Yeni Məxfilik siyasəti onun internet-mağazanın saytında/mobil tətbiqində yerləşdirilməsi anından qüvvəyə minir (əgər başqa şərt yeni redaksiyada nəzərdə tutulmayıbsa).
Bu Məxfilik siyasəti ilə əlaqəli bütün təkliflər və suallar ilə bağlı [email protected] ünvanına müraciət edilməlidir.